Bakı. Trend:
12-15 yanvar tarixlərində Oslo şəhərində (Norveç) bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışlarda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyasında təmsil olunub. Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lentlə göstərərək 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub.
Turnirdə hesabımıza yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında yalnız Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.