...

AZFAR futbol məktəbinə qeydiyyat davam edir (FOTO)

İdman Materials 26 Yanvar 2018 09:23 (UTC +04:00)
Azfar futbol məktəbinə qeydiyyat davam edir.
AZFAR futbol məktəbinə qeydiyyat davam edir (FOTO)

Bakı. Trend:

4-15 yaş arası oğlan və qızların Azfar Futbol Məktəbinə qeydiyyatı davam edir.

İlk qruplarımız məktəbin baş məşqçisi Vladislav Qədirovun rəhbərliyi altında artıq məşqlərinə başlayıblar.

Məktəbin Xətai filialına (Yusif Səfərov 45, Bakı Şəhər Baş Polis İdarəsinin arxası) 4-12 yaşlı uşaqların qeydiyyatı davam edir. Eyni zamanda, yeni 13-15 yaşlıların qrupuna uşaqlar qəbul edilir. Bu yaş qrupunun məşqləri çərşənbə axşamı və cümə axşamı saat 17:00-da, şənbə günü isə saat 12:00-da başlayır.

Uşaqlarını məktəbimizə yazdırmaq istəyən valideynlər bunu ya məşq günləri məşqdən öncə və ya hər gün bizimlə əlaqə saxlayaraq edə bilərlər. Xatırladaq ki, Azfar Futbol Məktəbində uşaqlar ilk tanışlıq məşqində ödənişsiz əsasda iştirak edə bilərlər.

Məktəbin Elmlər (AMEA parkı) və Boyükşor (Böyükşor bulvarı, Olimpiya stadionun arxası) filiallarına da qeydiyyat davam edir.

Uşaqların dərs vaxtlarının müxtəlifliyini nəzərə alaraq, məktəb rəhbərliyi birinci növbədə oxuyan uşaqlar kimi, ikinci növbədə oxuyan uşaqlara da uyğun məşq cədvəlləri hazırlamaqla bağlı qərar qəbul etmişdir. Məktəbin rəsmi internet səhfəsində (www.asep.az/az/azfarfootballschool) bütün filiallar üzrə məşq cadvəli ilə tanış ola bilərsiniz. Xatırladaq ki, aylıq ödəniş haqqı 40 manat təşkil edir. Xüsusi ailə abunəsi mövcuddur: bir ailədən olan 2 və ya 3 uşaq məktəbimizə qoşulduğu halda aylıq ödəniş iki nəfərə 70 manat, 3 nəfərə 90 manat təşkil edəcəkdir.

Bazar günü - 28 yanvar tarixində saat 11:00-13:00-da Azfar Futbol məktəbində növbəti Açıq qapılar günü keçiriləcəkdir. 4-15 yaş arası istənilən uşaq bu futbol bayramında iştirak edə bilər.

Daha ətraflı məlumat əldə etmək üçün – tel: (012)4047339, (050)2952129, www.asep.az/az/azfarfootballschool, www.facebook.com/azfarfootballschool

Məqalədə:
Xəbər lenti

Xəbər lenti