...

Stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb (FOTO)

İdman Materials 23 Fevral 2018 19:06 (UTC +04:00)
Bədən tərbiyəsi və idman gününə həsr olunmuş Azərbaycan çempionatı başa çatıb.
Stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb (FOTO)

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Bədən tərbiyəsi və idman gününə həsr olunmuş Azərbaycan çempionatı başa çatıb.

Federasiyadan Trend-ə verilən məlumata görə, çempionatda respublikanın şəhər və rayonlarından 60-a yaxın idmançı iştirak edib. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan, Şabran, Balakən, Qax, Gəncə, Salyan, Gədəbəy, Samux və digər rayonlardan olan idmançılar iştirak edib. 9 kişi və 7 qadın komandasının iştirak etdiyi komanda yarışlarının nəticələri:

Kişilər arasında:

I yer – Bakı II

II yer – Bakı I

III yer – Sumqayıt

Qadınlar arasında:

I yer – Bakı I

II yer – Sumqayıt

III yer – Bakı II

Qarışıq qoşa yarışlarda:

I yer – Qafarlı Yusif – Qarayeva Nəzakət

II yer – Allahverdiyev Vəzir – İmanova Məryəm

III yer – Şahgəldiyev Əliverdi – Şirinova Şərmin

Qoşa yarışlarda:

Kişilər arasında:

I yer – Şahgəldiyev Əliverdi – Həsənov Nurlan

II yer - Alızadə Şirxan – Məmmədov Emin

III yer – Cəfərov Ramil – Pənahov Kənan

Qadınlar arasınsda:

I yer – İmanova Mərəyəm – Şirinova Şərmin

II yer – Eminova Bilurə - Qarayeva Nəzakət

III yer – Əbilzadə Xədicə - Mikayılova Zemfira

Şəxsi oyunlarda:

Kişilər arasında:

I yer - Cəfərov Ramil

II yer – Məmmədov Emin

III yer – Şahgəldiyev Əliverdi

Qadınlar arasında:

I yer – Qarayeva Nəzakət

II yer – Eminova Bilurə

III yer – İmanova Mərəyəm

Qaliblərə diplom və mükafatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti