...

Türkiyədə 6 yeni futbol stadionu tikiləcək

İdman Materials 26 Fevral 2018 13:27 (UTC +04:00)
Türkiyədə 6 yeni futbol stadionu tikiləcək.
Türkiyədə 6 yeni futbol stadionu tikiləcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin 6 şəhərində yeni futbol stadionları inşa ediləcək.

Bu barədə Trend Türkiyənin Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.

Yeni stadionlar Ankara, Elazığ, Erzincan, Hakkari, Şırnak və Ədirnə şəhərlərində tikiləcək.

Qeyd olunur ki, yeni stadionların tikintisinə ümumilikdə 820 milyon lirə sərf olunacaq.

Nazirliyin məlumatına əsasən, bundan əvvəl Türkiyənin Afyonkarahisar, Antalya, Əskişəhər, Qaziantep, Kocaeli, Malatya, Mersin, Sakarya, Samsun, Sivas, Trabzon, Bursa, Konya və Manisa şəhərlərində ümumilikdə 14 stadionun inşasına start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti