...

“R.I.S.K.” şirkəti ABL Cup 2017/18 turnirinin Yaz kubokunun iştirakçısı olub

İdman Materials 9 Mart 2018 15:44 (UTC +04:00)
Şirkətin keyfiyyət idarəetmə sistemi ISO 9001: 2008 beynəlxalq keyfiyyət standartına uyğun olaraq sertifikatlaşdırılıb.
“R.I.S.K.” şirkəti ABL Cup 2017/18 turnirinin Yaz kubokunun iştirakçısı olub

Bakı. Trend:

“R.I.S.K.” şirkəti ABL Cup 2017/18 turnirinin Yaz kubokunun iştirakçısı olub.

Trend-in məlumatına görə, 1993-cü ildə əsası qoyulan R.I.S.K. Şirkəti Mərkəzi Asiya və Qafqaz bazarlarında İT konsaltinq, Sistem inteqrasiyası, İT sahədə kənar resursların cəlb olunması, Tətbiqi İnkişaf və Coğrafi İnformasiya Sistemləri sahəsində həllər təmin edən aparıcı İT şirkətlərdən biridir.

R.I.S.K. Şirkətinin keyfiyyət idarəetmə sistemi ISO 9001: 2008 beynəlxalq keyfiyyət standartına uyğun olaraq sertifikatlaşdırılmışdır. R.I.S.K. Şirkəti bütün dünya üzrə 20-dən çox ölkədə Azərbaycan, Tacikistan, Gürcüstanda qeydiyyatdan keçmiş ofisləri ilə fəal satış əməliyyatları aparır.

Şirkətin əsas fəaliyyət nailiyyətləri ilə yanaşı, korporativ şirkətlər arasında keçirilən idman yarışlarında da, uğurlar əldə etməyi qarşısına məqsəd qoyub. R.I.S.K. Elmi-Istehsalat Şirkəti işçilərinin mütəmadi olaraq idmanla məşğul olmağı üçün şərait yaradır. Şirkət olaraq əməkdaşlarının ABL Cup 2017/18 turnirində iştirak etməklə və fiziki idmanla məşğul olmaqla yanaşı, komanda şəklində rəqabət aparmaq qabiliyyətini artıracaqlarına da əmindirlər.

Azərbaycanın qabağcıl və iri şirkətləri arasında keçiriləcək mini-futbol üzrə “Biznes-liqa” korporativ turnirinə qeydiyyat davam edir. Turnir ASEP şirkətin təşkilatçılığı ilə "Azfargroup" şirkətinin futbol meydançalarında keçiriləcəkdir.

Yarışda iştirak üçün yerlərin sayı məhduddur. Daha ətraflı məlumatı turnirin rəsmi səhifəsi www.abl.az təşkilatçının internet səhifəsi www.asep.az , eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti