...

Çin gimnastı Bakıda qızıl medal qazandı

İdman Materials 18 Mart 2018 14:56 (UTC +04:00)
Çin gimnastı Bakıda qızıl medal qazanıb.
Çin gimnastı Bakıda qızıl medal qazandı

Bakı. Trend:

Çin gimnastı Hao Venq Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda dəstəli at üzərində hərəkətlərin yekunu üzrə qalib olub.

Trend-in məlumatına görə, o, hakimlərdən 15.100 bal əldə edib.

İkinci yeri Taybeydən olan Şih Kay Li (14.766), üçüncü yeri isə yaponiyalı Takaaki Suqino (14.633) tutub.

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Dünya Kuboku turnirinə yekun vurulur.

Bakıda 3-cü ildir ki, təşkil olunan turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Xatırladaq ki, ötən gün Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun gümüş medalını qazanıb. Təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti