...

Məmmədyarov İddiaçılar Turnirində üçüncü qələbəsini qazanıb

İdman Materials 26 Mart 2018 21:58 (UTC +04:00)
Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 13-ci turu keçirilib.
Məmmədyarov İddiaçılar Turnirində üçüncü qələbəsini qazanıb

Bakı. Trend:

Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 13-ci turu keçirilib.

Trend-in məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda Rusiya təmsilçisi Aleksandr Qrişükla görüşüb. Oyun Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bu Məmmədyarovun turnir çərçivəsində üçüncü qələbəsi olub.

Bu görüşdən sonra hesabında üç qələbə, doqquz heç-heçə və bir məğlubiyyət olan Azərbaycan şahmatçısının aktivində 7,5 xal var.

Növbəti turda, martı 27-sı Məmmədyarovun rəqibi Vladimir Kramnik (Rusiya) olacaq.

Turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir. Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti