...

Azarkeş: Milli Gimnastika arenasında keçirilən yarışlar yaxşı və maraqlı təşkil olunub

İdman Materials 14 Aprel 2018 17:34 (UTC +04:00)
Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında iştirak edən bütün azərbaycanlı idmançılara böyük uğurlar diləyirəm.
Azarkeş: Milli Gimnastika arenasında keçirilən yarışlar yaxşı və maraqlı təşkil olunub

Bakı. Cani Babayeva - Trend:

Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında iştirak edən bütün azərbaycanlı idmançılara böyük uğurlar diləyirəm.

Bunu Trend-ə yarışları izləyən azarkeş İlkin Abuzərli deyib.

"Ümid edirəm ki, onlarda hər şey gözəl alınacaq. Onlara uğurlar və yarışlarda qələbə arzulayıram", - azarkeş deyib.

İlkin Abuzərli qeyd edib ki, yarışların birinci günündən arenaya gəlib gedir və sabah da mütləq burada olacaq:

"Bakıda keçirilən bir çox yarışlarda iştirak etmişəm. Milli Gimnastika arenasında keçirilən yarışlar yaxşı və maraqlı təşkil olunub. Burada həmişə çoxlu azarkeş olur".

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.

Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti