...

Valentina Poltavska: "Bakı marafonu 2018"-lə bağlı təəssüratlarım ancaq müsbətdir

İdman Materials 13 May 2018 12:40 (UTC +04:00)
Bakı marafonu 2018"-lə bağlı təəssüratlarım ancaq müsbətdir.
Valentina Poltavska: "Bakı marafonu 2018"-lə bağlı təəssüratlarım ancaq müsbətdir

Bakı. Vüqar İmanov - Trend:

"Bakı marafonu 2018"-lə bağlı təəssüratlarım ancaq müsbətdir. Bunu Trend-ə bu gün keçirilən "Bakı marafonu 2018"-in iştirakçısı və ikinci yerin sahibi 1971-ci il təvəllüdlü Valentina Poltavska deyib.

O bildirib: "Bu marafonlda bağlı mənim ancaq yaxşı təəssüratlarım var. Hələ ilk dəfə bura gələndə çox bəyənmişdim. Növbəti il yenə bura gəldim. Gələn həftə isə ABŞ-da daha bir marafonda iştirak edəcəm. Ona görə çox gücümü sərf etmədim".

V.Poltavska həmçinin "Bakı marafonu 2018"-in kişi iştirakçılar arasında qalib, ukraynalı İqor Olefirenkonu təbrik edib və əlavə edib: "Mən bilirdim Olefirenko birinci olacaq. Biz bir yerdə gəlmişik bura".

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilib. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti