...

DÇ-2018 günün futbol nəticələri

İdman Materials 22 İyun 2018 01:31 (UTC +04:00)
Rusiyada keçirilən futbol üzrə Dünya Kubokunda növbəti futbol günü sürprizsiz ötüşmədi.
DÇ-2018 günün futbol nəticələri

Bakı. Trend:

Rusiyada keçirilən futbol üzrə Dünya Kubokunda növbəti futbol günü sürprizsiz ötüşmədi.

C qrupunda Danimarka Avstraliya ilə heç-heçə oynadı 1:1. Hesabı Danimarkalı Kristian Eriksen açdı. Avstraliya komandasının yarımmüdafiəçisi Mayl Edinak penal zərbəsiylə oyunda tarazlığı bərpa etdi.

C qrupunun ikinci oyununda Fransa minimal hesabla Peru komandasını məğlub etdi 1:0. Yeqanə qol hücumçu Kilian Mbapenin hesabına yazıldı. İki oyunda 6 xal qazanan Fransa millisi 1/8 finala vəsiqə qazandı.

D qrupunda Argentina gözlənilmədən Xorvatiya yığmasına 0:3 hesabı ilə məğlub oldu. Bütün qollar oyunun ikinci hissəsində vuruldu. Xorvatiya komandasında fərqlənən Ante Rebiç, Luka Modriç və İvan Rakitiç oldu. Xorvatiya Fransanın ardından 1/8 finalda yerini təmin etdi. Messi yenədə öz komandasına heç bir köməklik göstərə bilmədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti