...

Daha iki azərbaycanlı beynəlxalq dərəcəli hakim adını qazanıb

İdman Materials 27 İyun 2018 11:40 (UTC +04:00)
Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən “Beynəlxalq dərəcəli hakim” adını almaq üçün keçirilən imtahanın nəticələri məlum olub.
Daha iki azərbaycanlı beynəlxalq dərəcəli hakim adını qazanıb

Bakı. Trend:

2018-ci il 07 may tarixində Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən “Beynəlxalq dərəcəli hakim” adını almaq üçün keçirilən imtahanın nəticələri məlum olub.

Trend-in məlumatına görə, nəticələr İTTF-in (Beynəlxalq Stolüstü Tennis Federasiyası) səhifəsində açıqlanıb. İmtahana qatılan hakimlərimizdən ikisi Sultanova Sara və Qiyasova Xəyalə imtahandan uğurla keçərək, “Beynəlxalq dərəcəli hakim” adına layiq görülüblər.

Beynəlxalq dərəcəli yarışlara hakimlik edə bilən hakimlərimizin sayı 6-a çatıb.

Qeyd edək ki, dünyanın bütün ölkələrindən cox sayda hakimlər bu imtahana qatılır. Bizim ölkədən imtahana 5 hakim namizəd qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti