...

Tamaşaçı: İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı gözəl təşkil olunub

İdman Materials 30 İyun 2018 10:17 (UTC +04:00)
Azərbaycanda gimnastika üzrə həm beynəlxalq, həm də yerli yarışların keçirilməsi yeni nəsildə bu idman növünə marağı artırır.
Tamaşaçı: İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı gözəl təşkil olunub

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanda gimnastika üzrə həm beynəlxalq, həm də yerli yarışların keçirilməsi yeni nəsildə bu idman növünə marağı artırır.

Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının tamaşaçısı Yuliya Zabayratskaya deyib.

O, Milli Gimnastika Arenasına ilk dəfə gəldiyini bildirib:

“Əvvəllər mən idmançıların çıxışlarını televizorda izləyirdim. Canlı baxmaq daha maraqlı və rəngarəngdir”.

Tamaşaçı həmçinin tədbirin yüksək səviyyəli təşkilatçılığını qeyd edib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.

İki gün davam edəcək turnirdə ümumilikdə 100-dən çox gimnastın iştirakı gözlənilir.

Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti