...

Serbiyalı məşqçi "Keşlə"də

İdman Materials 25 İyul 2018 16:41 (UTC +04:00)
Bu gün "Keşlə" futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.
Serbiyalı məşqçi "Keşlə"də

Bakı. Trend:

Bu gün "Keşlə" futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, gündəlikdəki məsələnin müzakirəsindən sonra "Keşlə"nin baş məşqçi vəzifəsinə Mladen Milinkoviçin təyin olunması barədə qərar qəbul olunub.

İclasda digər məsələlər barədə də müzakirələr aparılıb.

Qeyd edək ki, serbiyalı mütəxəssislə müqavilə cari mövsümün sonunadək imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti