Bakı. Tural Turan - Trend:
İngiltərənin “Everton” klubuna məxsus yarımmüdafiəçi Nikola Vlaşiç “MOİK”-ə keçdi. Trend-in məlumatına görə, 20 yaşlı Vlaşiç icarə əsasında Rusiya klubunda çıxış edəcək.
Xatırladaq ki, Vlaşiç 2017-ci ilin yayında 11 milyon avro məbləğində “Hayduk”dan “Everton”a transfer edilib.
Ötən mövsüm futbolçu “Everton”un heyətində 19 oyuna 2 qol vurub və 1 məhsuldar ötürmə verib.