...

"Neftçi"nin baş məşqçisi: "Təəssüflənirəm"

İdman Materials 27 Avqust 2018 10:14 (UTC +04:00)
"Çoxsaylı qol epizodlarından istifadə edə bilmədiyimiz üçün təəssüflənirəm".
"Neftçi"nin baş məşqçisi: "Təəssüflənirəm"

Bakı. Trend:

"Çoxsaylı qol epizodlarından istifadə edə bilmədiyimiz üçün təəssüflənirəm".

Trend-in məlumatına görə, bunu "Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Premyer Liqanın 3-cü turunda "Qarabağ” klubu ilə oyundan (1:1) sonra deyib.

İtaliyalı mütəxəssis səfər heç-heçəsinə sevinsə də, çoxsaylı qol epizodlarından istifadə olunmadığı üçün təəssüfləndiyini açıqlayıb:

"Mənə xoşdur ki, burada gülən simalar görürəm. Komandamız çox güclü olduğunu sübut etdi. Kifayət qədər qol imkanlarımız oldu. Ağır oyun olsa da, futbolçularımızdan razıyam. Müdafiə futbolu oynayan komanda qol imkanı yarada bilməz. Biz isə oyun ərzində 7-8 qol imkanı qazandıq. Bir tərəfdən səfər heç-heçəsinə görə sevinirəm, digər tərəfdən çoxsaylı qol epizodlarından istifadə edə bilmədiyimiz üçün təəssüflənirəm. Bununla belə, gözəl futbol nümayiş etdirdiyimiz üçün şadam”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti