Bakı. Trend:
27-31 avqust Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən kiçik yaşlı uşaqlarla məşqlərin aparılması üçün seminar-kurs təşkil olunub.
Federasiyadan Trend-ə verilən məlumata görə, 5 gün davam etmiş seminar-kurs milli yığma komandanın məşqçiləri tərəfindən aparılıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasının məqsədi bu kimi tədbirlərlə bədən tərbiyəsi müəllimlərini və digər idman mütəxəssislərini stolüstü tennisə cəlb etməklə bu idman növündə mütəxəssislərin və kütləviliyin artırılmasına nail olmaqdır.
Kursun tələblərini yerinə yetirən 4 idman mütəxəssisinə sertifikat təqdim edilib.