...

Stolüstü tennisçilərimiz İstanbulda uğurla çıxış ediblər (FOTO)

İdman Materials 4 Sentyabr 2018 09:22 (UTC +04:00)
Yeniyetmə stolüstü tennisçilərimizin iştirakı ilə İstanbulda keçirilən “Türk dünyası ulduzlarının stolüstü tennis liqası” başa çatıb.
Stolüstü tennisçilərimiz İstanbulda uğurla çıxış ediblər (FOTO)

Bakı. Trend:

Yeniyetmə stolüstü tennisçilərimizin iştirakı ilə İstanbulda keçirilən “Türk dünyası ulduzlarının stolüstü tennis liqası” başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan, Türkiyə, Özbəkistan və Şimali Kiprdən tennisçilərin iştirak etdiyi Liqa oyunlarının sonuncu iki günündə komanda və şəxsi yarışlar keçirilib.

Dostluq görüşü və yeniyetmələrin təcrübə mübadiləsi məqsədi ilə komanda oyunlarında yığmaların tərkibi müxtəlif ölkələrin idmançılarından ibarət olub.

Komanda yarışlarında tennisçimiz Emin Məmmədov birinci yeri tutan komandanın tərkibində çıxış edib. Ləman Abdülhəmidova ikinci, Zemfira Mikayılova isə üçüncü olan komandada mübarizə aparıblar.

Qızların şəxsi oyunlarında Zemfira Mikayılova bürünc medal qazanıb. Oğlanların mübarizəsində isə Emin Məmmədov ikinci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti