Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Avro-2024-ün keçirilməsi ilə bağlı UEFA-dan ədalətli qərar gözləyir.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib: "Türkiyə 2024-cü ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün namizədliyini irəli sürüb və UEFA-dan ədalətli qərar gözləyir".
R.T.Ərdoğan bildirib ki, Türkiyə Avro-2024-ün keçirilməsi üçün bütün şərtləri yerinə yetirib.
Xatırladaq ki, sabah UEFA Avro-2024-ə ev sahibliyi edəcək ölkənin adını açıqlayacaq.