Bakı. Trend:
“Şüa” İdman Sağlamlıq Mərkəzində Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında Azərbaycan kuboku uğrunda yarışlara start verilib.
Federasiyadan Şəxsi və komanda xarakteri daşıyan yarışlarda gənclər üzrə 4 qız və 4 oğlan, yeniyetmələr üzrə isə 9 qız və 9 oğlan komandası olmaqla, ümumilikdə 100-dək idmançı mübarizə aparacaq.
Oyunlara oktyabrın 25-də yekun vurulacaq.