...

İtaliya A Seriyası: Ronaldonun qolları “Yuventus”a qələbə qazandırdı (VİDEO)

İdman Materials 27 Oktyabr 2018 23:11 (UTC +04:00)
İtaliya A Seriyasında 10-cu turda “Empoli” doğma meydanda “Yuventus”u qəbul edib
İtaliya A Seriyası: Ronaldonun qolları “Yuventus”a qələbə qazandırdı (VİDEO)

Bakı. Tural Turan - Trend:

İtaliya A Seriyasında 10-cu turda “Empoli” doğma meydanda “Yuventus”u qəbul edib. Hesab ev sahibi açıb. Belə ki, 28-ci dəqiqədə Kaputo oyunda ilk qolu vurub.

54-cü dəqiqədə Ronaldu rəqibin qapsına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib. 70-ci dəqiqədə isə uzaq məsafədən baxımlı qol vuraraq Ronaldu komandasına qələbə qazandırıb.

Belə də, “Yuventus” 28 xalla hazırda turnir cədvəlində vahid liderdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti