...

Azərbaycan idmançıları Türkiyədə keçirilən Avropa Kubokunda 5 qızıl medal qazanıb (FOTO)

İdman Materials 19 Noyabr 2018 17:13 (UTC +04:00)
Türkiyədə Muay-Tay idman növü üzrə yeniyetməər, gənclər və kişilər arasında açıq Avropa Kuboku keçirilib.
Azərbaycan idmançıları Türkiyədə keçirilən Avropa Kubokunda 5 qızıl medal qazanıb (FOTO)

Bakı. Samir Əli – Trend:

Türkiyədə Muay-Tay idman növü üzrə yeniyetmələr, gənclər və kişilər arasında açıq Avropa Kuboku keçirilib.

Trend-in məlumatına görə, Antalya şəhərində keçirilən çempionatda ölkəmizi Muay-Tay Federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərlik etdiyi komanda təmsil edib.

Noyabrın 14-dən 18-dək davam edən yarışda komandamız 5 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıb.

Azərbaycanın yeniyetmələr yığması komanda hesabında 3-cü yerə layiq görülüb.

Xatırladaq ki, çempionatda 26 ölkədən 1130 idmançı iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti