...

Ağır atletika üzrə Azərbaycan kuboku başa çatıb

İdman Materials 30 Noyabr 2018 17:57 (UTC +04:00)
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.
Ağır atletika üzrə Azərbaycan kuboku başa çatıb

Bakı. Trend:

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, körpücük üzərinə son olaraq 89, 96, 102, 109 və +109 kq çəki dərəcələrində mübarizə aparan kişilər çıxıb.

Bu çəkilərdə müvafiq olaraq Ceyhun Tağızadə, Nailxan Nəbiyev, Əliş Nəzərov, İsmayıl Qurbanov və Həsənbəy Həsənzadə qızıl medala sahib çıxaraq Azərbaycan Kubokunun qalibi adını qazanıblar.

Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayıb. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti