...

İngiltərə Premyer Liqası: Mersisayd derbisi başa çatıb (VİDEO)

İdman Materials 2 Dekabr 2018 22:32 (UTC +04:00)
14-cü turda “Liverpul” doğma meydanda şəhərin digər təmsilçisi “Everton”u qəbul edib
İngiltərə Premyer Liqası: Mersisayd derbisi başa çatıb (VİDEO)

Bakı. Tural Turan - Trend:

İngiltərə Premyer Liqasının 14-cü turunda “Liverpul” doğma meydanda şəhərin digər təmsilçisi “Everton”u qəbul edib. Trend-in məlumatına görə, oyun ev sahibi komandasının 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.

Oyunun əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə “Liverpul”un futbolçusu Divok Oriqi qələbə topunu vurub.

Hazırda “Liverpul” 36 xalla ikinci pillədə qərarlaşıb.

5 deklabrda keçiriləcək növbəti turda “Liverpul” “Börnli” ilə oynayacaq, “Everton” isə “Nyukasl”ı qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti