...

Hakim: Bədii gimnastika üzrə Azərbaycan birinciliyinin iştirakçıları yaxşı hazırlıq nümayiş etdirir

İdman Materials 7 Dekabr 2018 18:41 (UTC +04:00)
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində iştirak edən idmançılar yaxşı hazırlıq nümayiş etdirir
Hakim: Bədii gimnastika üzrə Azərbaycan birinciliyinin iştirakçıları yaxşı hazırlıq nümayiş etdirir

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində iştirak edən idmançılar yaxşı hazırlıq nümayiş etdirir.

Bunu Trend-ə yarışların hakimi Elnarə Hüseynova deyib.

O bildirib ki, regionlarda gimnastların səviyyəsi çox yüksəlib.

E.Hüseynovanın sözlərinə görə, keçirilən yarışlar gimnastların gələcək nailiyyətləri üçün böyük əhəmiyyət daşıyır:

“Hər yarışdan sonra gimnastlar daha yaxşı və daha inamlı çıxış edir. Hər turnir uşaqların səviyyəsini daha da yüksəldir”.

O əlavə edib ki, Milli Gimnastika Arenasında yarışlar hər zaman yüksək səviyyədə təşkil olunur.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.

Yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə “International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.

Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti