...

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iki medal qazanıblar (FOTO)

İdman Materials 7 Yanvar 2019 09:16 (UTC +04:00)
Budapeştdə keçirilən stolüstü tennis üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub.
Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iki medal qazanıblar (FOTO)

Bakı. Trend:

Budapeştdə keçirilən stolüstü tennis üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub.

Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə qızlardan ibarət komandamız uğurla çıxış edərək iki medal qazanıb. Yarışların ikinci günündə fərdi birincilikdə mübarizə aparan Arzu Aslanova gümüş medala sahib olub. Bundan əvvəl isə Arzu Aslanovanın, Mərziyyə Nurmətovanın və Aysu Ağayevanın yer aldığı komanda fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Turnirdə oğlanlardan və qızlardan ibarət komandalarımız məşqçilər Elnur Hidayətzadənin və Ramil Cəfərovun rəhbərliyi ilə mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti