Bakı. Trend:
Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan çempionatına start verilib.
Federasiyadan Trend-ə verilən məlumata görə, şəxsi və komanda xarakteri daşıyan çempionatda Azərbaycanın şəhər və rayonlarından 100-dək idmançı iştirak edir.
Çempionata fevralın 8-də yekun vurulacaq, qaliblərə diplom və mükafatlar təqdim ediləcək.