...

"Real" Mbappeyə görə 280 milyon avro verməyə hazırdır

İdman Materials 25 Mart 2019 19:45 (UTC +04:00)
Madridin "Real" klubu Parisin "PSJ" klubunun hücumçusu Kilian Mbappeni almaq üçün səylərini davam etdirir
"Real" Mbappeyə görə 280 milyon avro verməyə hazırdır

Bakı. Trend:

Madridin "Real" klubu Parisin "PSJ" klubunun hücumçusu Kilian Mbappeni almaq üçün səylərini davam etdirir.

Trend-in "France Football"a istinadən verdiyi məlumata görə, klub yaxın zamanda hücumçunun transferi üzrə fəal danışıqlara başlamaq və 280 milyon avro təklif etmək niyyətindədir.

K.Mbappenin "Real"a transferini həm klubun prezidenti Florentino Peres, həm də məşqçisi Zinəddin Zidan istəyir.

Bildirilir ki, K.Mbappe "Real"ın bu mövsüm əsas transfer məqsədidir.

Xəbər lenti

Xəbər lenti