Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı seminar keçirilib (FOTO)

Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı seminar keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün seminar keçirib.

Trend-in məlumatına görə, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki iştirak edir.

Bununla yanaşı, seminara Avropa Milli Olimpiya Komitələrinin 40 ölkədən olan 70 nümayəndəsi, eləcə də, Avropa Olimpiya Komitəsinin nümayəndələri və AOK-un Bakı-2019 üçün xususi yaradılmış Əlaqələndirmə Komissiyası qatılıb.

Seminar Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə texniki planlaşdırma və oyunqabağı keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti verməklə bərabər, onların Bakı-2019 haqqında ən son məlumatlara sahib olma və komandalarına müvafiq təlimlər verə bilmələri üçün təşkil olunub. Burada onlar geniş mövzuları əhatə edən iclaslarda iştirak edir, o cümlədən, idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edirlər. Eyni zamanda seminarda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinə idmançılara təqdim olunacaq medallar da nümayiş etdiriləcək.

Gənclər və İdman naziri Azad Rəhimov Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin Bakıya səfərləri ilə bağlı deyib: “15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı bütün qitəni birləşdirəcək tarixi bir idman bayramı olacaq. Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərini Bakıda görməyimə şadam. Bu gün bu seminarda idman arenalarının yarışlara hazırlığı, atletlər kəndindəki son durum, təhlükəsizlik, antidopinq və digər, mühüm məsələlər müzakirə edilir. Onların hər biri yarışların yüksək səviyyədə keçirilməsində müstəsna rol oynayır. Ötən zaman ərzində bizim Avropa MOK-nin üzvləri ilə sıx iş birliyimiz olub və tərəfimizdən onlara hər bir dəstək göstərilib”.

Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki bildirib: “Biz Avropa Gənclər Yay Olimpiya Festivalının ən əhəmiyyətli tərəfdaşları - Avropa nümayəndələri ilə birgə gözəl Bakı şəhərinə bir daha gəldiyimiz üçün böyük məmnuniyyət hissi duyuruq. Mən baş tutan görüşün aramızdakı əlaqələri gücləndirəcəyinə əminəm. Avropa Olimpiya Komitəsi bu görüşlərin məhsuldar olacağına inanır”.

Daha sonra nümayəndə heyətlərinin rəhbərləri Əməliyyat Komitəsi tərəfindən atletlər üçün yaradılmış şəraitlə bağlı müzakirələr aparıblar.

Tədbir çərçivəsində Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı istifadə ediləcək bir sıra müasir idman obyektlərini, eləcə də Atletlər Kəndini ziyarət edəcəklər.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq
Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
Prezidenti İlham Əliyev azad olunmuş ərazilərə köçkünlərin nə zaman qayıdacağı sualını cavablandırıb
Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir
Türkiyə sahillərində 5,1 bal gücündə zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 52 104 nəfər sağalıb
Çempionlar Liqası: "Bavariya" və "Çelsi" yarımfinalda
Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib
Müqəddəs Ramazan ayı başladı
Ərazilərin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir - ATƏT-in Minsk Qrupu
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı yenidən gimnastika yarışlarını qəbul edir
Erməni faşizminin sübutu olan Park - Dünyanın bir neçə ölkəsində belə muzey var (FOTO)
Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir - Ekspert
Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub (VİDEO)
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi
Azərbaycan XİN Hərbi Qənimətlər Parkı ilə bağlı Ermənistan XİN-in bəyanatına cavab verdi
Belarus bu il Azərbaycandan 1 milyon ton neft alacaq
Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda Hərbi Qənimətlər Parkı ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsidir - Ekspert
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib (FOTO)
“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Cəbrayıl və Qubadlıda 750-ə yaxın ağac əkilib (FOTO/VİDEO)
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ağdamı demək olar ki, yenidən qurmaq lazımdır - Almaniyalı tarixçi (VİDEO)
Balakən və Naftalanda nişan mərasimi keçirənlər cərimələnib (FOTO)
Ermənistan beynəlxalq hüquqa uyğun olaraq mina sahələrinin xəritələrini Azərbaycana təqdim etməlidir - Metyu Brayza (VİDEO)
Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritetlərindən biridir - Deputat
Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi - Elçin Əmirbəyov (VİDEO)
Cəbrayıl rayonunun Sədi kəndi (VİDEO)
Aprelin 14-nə USD/AZN rəsmi məzənnəsi
Baş nazir Əli Əsədov BP-nin regional prezidenti ilə görüşüb
Rinoplastika haqqında bilməli olduqlarınız
Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov (FOTO/VİDEO)
Ötən həftə azad edilmiş ərazilərdə tapılan minaların SAYI açıqlanıb
Süveyş kanalında hərəkəti iflic edən gəmiyə həbs qoyuldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur - Vüqar Rəhimzadə
Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin qayğısı ən yüksək səviyyədədir - Deputat
İsrail peyvənd olunmuş turistləri qəbul etməyə başlayacaq
Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib (FOTO)
Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var - Umayra Tağıyeva
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb
Prezident İlham Əliyev: Ermənilər bizi yaxşı tanımayıblar, elə bilirdilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar
170-dən çox jurnalist peyvənd olunub
Astarada kartof yükündən 213 kiloqramdan artıq heroin çıxdı (FOTO/VİDEO)
Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələndi (FOTO)
Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır (FOTO)
Azərbaycan İlahiyyat İnstitutunun rektoru “İslah və təcdid” kitabının təqdimat mərasimində iştirak edib (FOTO)
Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib
Energetika naziri Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunur (FOTO)
A-qroup-un İdarə Heyətinin yeni sədri - Abas Miskərli
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Prezident İlham Əliyev: Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi
Dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar artıb
Qubadlıda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb (FOTO)
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib (FOTO)
Prezident İlham Əliyev Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb
Bu il 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub
Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır (FOTO)
Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur - Peskov
Bitkoindən daha bir tarixi rekord
Tərtərdə yol polisi reyd keçirib
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik
Kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
İranda ötən sutka 291 nəfər koronavirusdan ölüb
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist
Prezident İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir
Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Hacıqabulda toy məclisi aşkarlanıb, 6 nəfər cərimələnib
Prezident İlham Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Azərbaycan Prezidenti: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik
Prezident İlham Əliyev: Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Prezident İlham Əliyev: İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır
Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir - Palata sədri
Bütün xəbərlər