...

Anton Kolobov gənclər arasında fərdi proqramda Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb

İdman Materials 26 May 2019 11:16 (UTC +04:00)
Rusiya idmançısı Anton Kolobov Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında gənc gimnastlar arasında fərdi kişi proqramında birinci yerə yüksəlib.
Anton Kolobov gənclər arasında fərdi proqramda Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb

Bakı. Cani Babayeva - Trend:

Rusiya idmançısı Anton Kolobov Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında gənc gimnastlar arasında fərdi kişi proqramında birinci yerə yüksəlib.

Trend-in məlumatına görə, yarışda gümüş medalı ispaniyalı Migel Kabarro Mane qazanıb (20,900 bal), bürünc medala isə Daniel Tavokun sahib olub(Rumınıya, 20,550 bal).

Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb.

Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar.

Ölkəmizi final mərhələsində aero-dans proqramında gənc gimnastlar komandası təmsil edəcək, böyük gimnastlar isə aero-dans proqramı və qruplar tərkibində çıxış edəcəklər.

Xatırladaq ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti