...

II Avropa Oyunlarının bağlanış mərasimində komandamızın bayraqdarı karateçi Asiman Qurbanlı olacaq

İdman Materials 30 İyun 2019 19:58 (UTC +04:00)
Minskdə II Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib
II Avropa Oyunlarının bağlanış mərasimində komandamızın bayraqdarı karateçi Asiman Qurbanlı olacaq

Bakı. Trend:

Minskdə II Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.

Trend-in məlumatına görə, Gənclər və İdman naziri Azad Rəhimov bugünkü tədbirdə iştirakçı ölkələrin keçidi zamanı Azərbaycan bayrağını karateçi Asiman Qurbanlının daşıyacağını bildirib. İdmançımız ötən gün 84 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb.

Azərbaycan II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti