...

"Mançester Yunayted"in bu qərarı De Xeanı ən zəngin qapıçı edir

İdman Materials 4 İyul 2019 20:36 (UTC +04:00)
İngiltərənin "Mançester Yunayted" futbol klubu qapıçısı David de Xea ilə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb.
"Mançester Yunayted"in bu qərarı De Xeanı ən zəngin qapıçı edir

Bakı. Trend:

İngiltərənin "Mançester Yunayted" futbol klubu qapıçısı David de Xea ilə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb.

Trend-in məlumatına görə, "Qırmızı şeytanlar" ispaniyalı qapıçının həftəlik maaşını 350 min funt-sterlinq etmək niyyətindədir. Tərəflərin yaxın günlərdə anlaşacağı gözlənilir.

Qeyd edək ki, 28 yaşlı qapıçı 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti