...

“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların ilk görüşləri başa çatıb

İdman Materials 22 İyul 2019 14:46 (UTC +04:00)
“EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsində ilk görüşlər başa çatıb.
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların ilk görüşləri başa çatıb

Bakı. Trend:

İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsində ilk görüşlər başa çatıb.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən kişi voleybolçuların yarışında birinci görüşdə Belarus və Rusiya yığmaları üz-üzə gəliblər. Oyunda Rusiya voleybolçuları rəqiblərini hər üç setdə (25:20, 25:21, 25:20) məğlub edərək festivala qələbə ilə başlayıblar.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsində isə ilk oyunda Rumıniya və Bolqarıstan yığmaları qarşılaşıblar. Görüşdə Rumıniya voleybolçuları 3:1 (25:23, 25:18, 16:25, 25:12) hesabı ilə qalib gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti