...

"Real"dan Neymara son təklif

İdman Materials 20 Avqust 2019 20:18 (UTC +04:00)
"Real" PSJ-nin hücumçusu Neymarın transferindən imtina etməyib.
"Real"dan Neymara son təklif

Bakı. Trend:

"Real" PSJ-nin hücumçusu Neymarın transferindən imtina etməyib. "Kral klubu" fransızlarla yenidən danışığa başlayıb.

Trend-in məlumatına görə, madridlilər Neymar üçün son təklifini edib. Onlar "sambaçı"nın keçidi müqabilində 165 milyon avro və 50 milyon avro dəyərində olan yarımmüdafiəçi Hames Rodrigesi qarşı tərəfə verməyə hazırdır.

Əgər Paris klubu buna da "yox" cavabını versə, "Real" Neymarın transferindən imtina edəcək.

Qeyd edək ki, Neymar "Real"ın əzəli rəqibi "Barselona"nın da maraq dairəsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti