...

"Barselona" azarkeşsiz qala bilər - SƏBƏB

İdman Materials 18 Sentyabr 2019 16:20 (UTC +04:00)
“Barselona”ya qarşı sanksiya tətbiq ediləcəyi gözlənilir.
"Barselona" azarkeşsiz qala bilər - SƏBƏB

Bakı. Trend:

“Barselona”ya qarşı sanksiya tətbiq ediləcəyi gözlənilir.

Trend-in məlumatına görə, klub Antuan Qrizmannla danışıqlarda qaydaları pozmaqda ittiham olunur. İddiaya görə, kataloniyalılar fransalı futbolçu ilə danışıqları vaxtından əvvəl aparıblar.

Belə ki, Qrizmannla danışıqlar mart ayında başlayıb, bu isə ümumi qaydalara ziddir. Buna görə “Barselona” 300 min avro cərimə edilə bilər. Digər variant isə “Nou Kamp” stadionunda bir oyunu azarkeşlərsiz keçirməkdir.

Gələn həftə məsələ ilə bağlı qəti qərar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti