...

Azərbaycanlı tennisçi tarixdə ilk dəfə Avropanın istedadları siyahısına daxil edilib (FOTO)

İdman Materials 18 Oktyabr 2019 12:30 (UTC +04:00)
11 yaşlı tennisçimiz yüksək nəticələrlə Avropa istedadları siyahısında ilk onluğa daxil olub.
Azərbaycanlı tennisçi tarixdə ilk dəfə Avropanın istedadları siyahısına daxil edilib (FOTO)

Bakı. Trend:

Avropa Stolüstü Tennis Birliyinin (ASTB) təşkilatçılığı ilə keçirilən “ETTU Eurotalents” adlı istedadların axtarışı proqramının seçmə turlarında 11 yaşlı tennisçimiz yüksək nəticələrlə Avropa istedadları siyahısında ilk onluğa daxil olub.

ASTB-dən Trend-ə verilən məlumata görə, il boyu təşkil olunan təlim-məşq toplantılarında Avropanın 13 yaşadək tennisçiləri bir neçə istiqamətdə öz güclərini sınayıb. Aralarından ən dözümlü, çevik və istedadlıları seçilərək ASTB-nin “Eurotalents U-13” turnirində güclərini sınayıblar. Ən yüksək nəticələr göstərən 14 Avropa ölkəsindən 37 idmançı arasında 11 yaşlı həmyerlimiz Adil Əhmədzadə yekun mərhələyə vəsiqə qazanaraq, yaxşıların-yaxşısı adı uğrunda mübarizəyə qatılıb. Nəticədə Sloveniyada baş tutan ASTB-nin “Eurotalents U-13” yekun turnirində 16-a düşmək uğrunda mübarizə aparan turnirin ən kiçik yaşlı iştirakçısı Adil Əhmədzadə Avstriya, İngiltərə, Çexiya və Rumıniyalı rəqiblərini arxada qoyaraq yeddinci yerdə qərarlaşıb. Bununla da həmyerlimiz Azərbaycan stolüstü tennis tarixdə ilk dəfə Avropanın 13 yaşadək istedadları siyahısına daxil edilib.

Qeyd edək ki, Turnirdə yüksək bal topalayan 16 idmançıya ASTB növbəti il böyük dəstək verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti