...

Gimnastlarımız Gürcüstandan medallarla qayıdır

İdman Materials 28 Oktyabr 2019 14:45 (UTC +04:00)
Həftəsonu Tbilisidə (Gürcüstan) idman gimnastikası üzrə “Medea Cup” adlı beynəlxalq turnir keçirilib.
Gimnastlarımız Gürcüstandan medallarla qayıdır

Bakı. Trend:

Həftəsonu Tbilisidə (Gürcüstan) idman gimnastikası üzrə “Medea Cup” adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi yığma komandanın üzvləri Anar Həsənov, Rəsul Əhmədzadə və Ramin Dəmirov təmsil edib.

Gimnastlardan ən yaxşı nəticəni Anar və Rəsul göstərib. Belə ki, Anar sərbəst hərəkətlərdə, Rəsul isə turnikdə 1-ci olub. Anar dəstəli atda çıxışına görə 2-ci, Rəsul isə 3-cü yerdə qərarlaşıb. Onların komanda yoldaşı Ramin isə halqalarda 2-ci olub. Rəsul daha bir alətdə - parallel qollarda çıxış edərək, daha bir bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti