...

Karate üzrə milli komandamız "Gran Pri" turnirinə yollanıb

İdman Materials 16 Yanvar 2020 15:45 (UTC +04:00)
Yeniyetmə və gənclərdən ibarət milli komandamız 17-19 yanvar tarixlərində Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq "Gran Pri" turnirinə yollanıb.
Karate üzrə milli komandamız "Gran Pri" turnirinə yollanıb

Bakı. Trend:

Yeniyetmə və gənclərdən ibarət milli komandamız 17-19 yanvar tarixlərində Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq "Gran Pri" turnirinə yollanıb.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətə 32 idmançı cəlb olunub.

14-15 yaşlı yeniyetmələrdə 10 idmançımız, 16-17 yaşlı gənclərdə 14 karateçimiz, 18-21 yaşadək gənclər arasında isə 7 təmsilçimiz mübarizə aparacaq. Daha bir idmançımız böyüklərin turnirinə qatılacaq.

Karateçilərimizdən 4 nəfəri kata yarışlarında, qalan 28 idmançımız kumite yarışında çıxış edəcək.

Qadınların baş məşqçisi Denis Morozovdan əlavə, kata üzrə böyük məşqçi Anar Əhmədov da komanda ilə bir yerdədir. Xorvatiyada nüfuzlu ənənəvi turnirə böyük heyətlə yollanmaqda məqsəd, 7-9 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə çıxış edəcək əsas heyəti təyin etməkdir. Yarışda 24 ölkədən 2047 karateçi iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti