Bakı. Trend:
İspaniya Futbol çempionatının 26-cı turunun matçında "Real" evdə "Barselona" nı 2:0 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, görüş Madriddə keçirilib. Matçda qolları Vinisius Junior (71-ci dəqiqə) və Mariano Dias (92) vurublar.
"Real"ın keçmiş futbolçusu, İtaliyanın "Yuventus" klubunun hücumçusu Kristiano Ronaldo matçı izləyib.
Turnir cədvəlində "Real" 56 xal toplayaraq birinci yerə yüksəlib. "Barselona" 55 xalla ikinci pilləyə enib.