...

"Mançester Yunayted" 16 yaşlı qapıçı ilə müqavilə imzalayıb

İdman Materials 8 Aprel 2020 00:05 (UTC +04:00)
"Mançester Yunayted" 16 yaşlı qapıçı ilə müqavilə imzalayıb

Bakı. Trend:

İngiltərənin "Mançester Yunayted" klubu Çexiyanın "Siqma" klubunun 16 yaşlı qapıçısı Radek Vitek ilə müqavilə imzalayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Siqma" klubunun mətbuat xidmətindən bildiriblər.

Müqavilənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, cari mövsümdə R.Vitek Çexiya klubunun heyətində 11 oyun keçirib və 19 qol buraxıb. Qapıçının boyu 1,98 metr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti