...

Dibala "Yuventus"la yeni müqavilə imzalayacaq

İdman Materials 18 May 2020 23:05 (UTC +04:00)
Dibala "Yuventus"la yeni müqavilə imzalayacaq

Bakı. Trend:

İtaliyanın "Yuventus" futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə 2025-ci ilin yayına qədər yeni müqavilə imzalayacaq.

Trend-in məlumatına görə, bu barədə "Football Italia" portalı bildirib.

Məlumata əsasən, tərəflər artıq müqavilənin yeni şərtləri barədə razılığa gəliblər və buna görə hücumçunun maaşı artırılacaq. "Football Italia"nın verdiyi məlumata görə, 30 iyun 2022-ci ilə qədərə olan cari müqaviləyə əsasən Dibala ildə 7,5 milyon avro alır.

Bu mövsümdə 26 yaşlı argentinalı futbolçu "Yuventus"da 34 oyun keçirib, 13 qol vurub və 12 asist verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti