...

"İnter" futbol klubu Kavaniyə 2023-cü ilə qədər müqavilə təklif edəcək

İdman Materials 24 May 2020 12:14 (UTC +04:00)
"İnter" futbol klubu Kavaniyə 2023-cü ilə qədər müqavilə təklif edəcək

Bakı. Trend:

İtaliyanın "İnter" futbol klubu Fransanın "Pari Sen-Jermen" klubunun uruqvaylı hücumçusu Edinson Kavaniyə 2023-cü ilədək olan müqavilə təklif etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "L'Equipe" qəzeti bildirib.

E.Kavanin PSJ ilə hazırkı müqaviləsi iyunda başa çatır. Qəzetin yazdığına görə, 33 yaşlı hücumçunun transferində "İnter" in baş məşqçisi Antonio Konte şəxsən maraqlanır.

Qeyd edək ki, daha əvvəl uruqvaylı futbolçunu İngiltərənin "Mançester Yunayted", "Nyukasl" və İspaniyanın "Atletiko" nu da almaq istədikləri barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti