...

"Stok Siti"nin baş məşqçisi koronavirusa yoluxub

İdman Materials 10 İyun 2020 08:45 (UTC +04:00)
"Stok Siti"nin baş məşqçisi koronavirusa yoluxub

Bakı. Trend:

İngiltərə Çempionşipində çıxış edən "Stok Siti" futbol klubunun baş məşqçisi Maykl O'Nil koronavirusa yoluxub.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə futbol klubunun rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilir ki, 50 yaşlı mütəxəssis koronavirusa yoluxduqdan sonra 5 dəfə koronavirus testindən keçib, lakin bütün testlərin nəticəsi mənfi olub. Testin nəticəsi müsbət olandan sonra baş məşqçi ev karantininə göndəriləcək.

Mütəxəssis məşqçilər heyəti və futbolçularla videoəlaqə vasitəsilə əlaqədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti