...

“Sumqayıt” FK ilk dəfə olaraq Avropa Liqasında çıxış edəcək

İdman Materials 18 İyun 2020 17:49 (UTC +04:00)
“Sumqayıt” FK ilk dəfə olaraq Avropa Liqasında çıxış edəcək

Bakı. Trend:

18 iyun tarixində AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. COVID-19 qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış, iyunun 21-də bərpası nəzərdə tutulan Azərbaycan Premyer Liqasının oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər. Ardınca İcraiyyə Komitəsinin bütün üzvləri qeyd olunan məsələ haqqında fikirlərini səsləndiriblər. Belə ki, bütün faktorlar və tövsiyələr nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarışların dayandırılması qərarı verilib. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib (UEFA Çempionlar Liqası: “Qarabağ” FK; UEFA Avropa Liqası: “Neftçi” PFK, “Keşlə” FK, “Sumqayıt” FK).

Beləliklə, “Sumqayıt” FK ilk dəfədir ki, Avro liqalara vəsiqə qazanıb. 2011-ci ildən etibarən “Sumqayıt” futbol klubunun rəsmi sponsoru olan “PAŞA Həyat” şirkəti bu uğurla qürur duyur, sosial məsuliyyəti çərçivəsində Azərbaycan adını zirvələrə qaldırmaq uğrunda çalışanlara dəstəyini davam edəcəyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti