...

İtaliya çempionatında "Milan" "Roma"nı məğlub etdi

İdman Materials 28 İyun 2020 22:21 (UTC +04:00)
İtaliya çempionatında "Milan" "Roma"nı məğlub etdi

Bakı. Trend:

Futbol üzrə İtaliya çempionatının 28-ci turunda "Milan" "Roma" nı 2:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, qarşılaşmada birinci qolu 78-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Ante Rebiç vurub. Xorvatiyalı hücumçu üçün bu qol İtaliya çempionatında səkkizinci oldu.

88-ci dəqiqədə "Milan" ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu penaltı vuruşunu həyata keçirib.

"Milan" 28 oyundan sonra 42 xalla turnir cədvəlində yeddinci yerdədir, "Roma" isə 48 xalla beşinci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti