...

Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub

İdman Materials 11 İyul 2020 12:35 (UTC +04:00)
Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub

Bakı. Trend:

Ermənistanda "Lori" futbol klubunun 17 üzvü koronavirusa yoluxub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, yoluxanlar arasında həm futbolçular, həm də məşqçilər var.

Xəstəliyə yoluxanların adları açıqlanmayıb. Qeyd olunur ki, komandanın bütün heyəti təcrid edilib.

Xatırladaq ki, Ermənistanda bu günədək koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib, 559 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti