...

Cüdo idman növü üzrə paralimpiya komandalarımız təlim-məşq toplantısında iştirak edir (FOTO)

İdman Materials 26 Sentyabr 2020 18:25 (UTC +04:00)
Cüdo idman növü üzrə paralimpiya komandalarımız  təlim-məşq toplantısında iştirak edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə kişilərdən və qadınlardan ibarət milli komandaları Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplantısında iştirak edir.

Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, təlim-məşq toplantısının məqsədi növbəti yarışlara və "Tokio 2020" Yay Paralimpiya Oyunlarına hazırlıqdır.

Qeyd edək ki, təlim-məşq toplantısı açıq hava şəraitində keçirilir.

Xəbər lenti

Xəbər lenti