...

Güləşçilərimiz fərdi dünya kuboku yarışlarında gümüş və bürünc medalı qazanıb (FOTO)

İdman Materials 13 Dekabr 2020 23:48 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisi Serbiyada təşkil olunan güləş üzrə fərdi dünya kuboku yarışlarında gümüş və bürünc medalı qazanıb.

Trend xəbər verir ki, turnirdə 55 kiloqram çəki dərəcəsində çıxış edən Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub. Rusiyalı güləşçi finala yüksəldiyi üçün E.Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxıb. Erməni güləşçini vaxtından əvvəl məğlubiyyətə uğradan idmançımız bürünc medal uğrunda görüşdə iştirak hüququ əldə edib.

Həlledici görüşdə qırğız həmkarından güclü olan güləşçimiz fərdi dünya kubokunu üçüncü yerdə başa vurub və bürünc medal qazanıb.

İslambek Dadov təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib. Ukraynalı həmkarına da gücünü göstərən İslambek Fərdi Dünya Kubokunun finalına vəsiqə qazanıb. Son qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rusiyalı rəqibinə minimal fərqlə yenilən İslambek gümüş medal əldə edib.

Ülvü Qənizadə debütdə Fransa, Sənan Süleymanov Almaniya, İslam Abbasov isə Əlcəzair güləşçisinə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti