...

Çempionlar Liqasında "Leypsiq" - "Liverpul" oyunu təxirə salına bilər

İdman Materials 31 Yanvar 2021 07:13 (UTC +04:00)
Çempionlar Liqasında "Leypsiq" - "Liverpul" oyunu təxirə salına bilər

Bakı. Trend:

Çempionlar Liqasında 1/8 final mərhələsinin "Leypsiq" - "Liverpul" arasında oyun təxirə salına bilər.

Trend-in məlumatına görə, Almaniya və İngiltərə arasında koronavirusun yeni növünün yayılması ilə əlaqədar olaraq 17 fevral tarixinə qədər uçuşların dayandırılması səbəbiylə "Leypsiq" və "Liverpul" görüşün təşkili üçün alternativ variantlar nəzərdən keçirməlidir.

Hazırda oyunu vaxtında keçrimək üçün bir neçə imkan var - neytral meydançada oynamaq və ya matçların sırasını dəyişdirmək (birincisi İngiltərədə, ikinci görüş Almaniyada).

Xatırladaq ki, "Leypsiq" - "Liverpul" arasında Çempionlar Liqasının oyunu 16 fevralda baş tutmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti