...

"Atalanta" futbol klubu İtaliya çempionatı oyununda "Fiorentina"nı məğlub etdi

İdman Materials 12 Aprel 2021 01:42 (UTC +04:00)

Bakı. Trend:

"Atalanta" futbolçuları İtaliya çempionatının 30-cu turunun səfər oyununda "Fiorentina"ya 3:2 hesabı ilə qalib gəlib.

Trend-in məlumatına görə, qalib komandanın heyətində qolları Duvan Sapata (13 və 40-cı dəqiqələr) və Yosip İliçiç (70, penaltidən) vurublar.

Qarşı tərəfdən Duşan Vlahoviç iki dəfə fərqlənib (57, 66).

"Atalanta" İtaliya çempionatında ardıcıl dördüncü qələbəsini qazandı və turnir cədvəlində dördüncü pilləyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti