...

Çempionlar Liqası: PSJ və "Çelsi" yarımfinalda

İdman Materials 14 Aprel 2021 01:04 (UTC +04:00)
Çempionlar Liqası: PSJ və "Çelsi" yarımfinalda

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində iki oyun keçirilib.

Trend-in məlumatına görə, Fransanın PSJ klubu öz meydanında Almaniyanın "Bavariya" klubunu qəbul edib.

Oyun qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb, lakin iki oyunun nəticələrinə görə Fransa təmsilçisi Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

Digər oyunda İngiltərənin "Çelsi" klubu Portuqaliyanın "Portu" klubunu qəbul edib. Oyun Portuqaliya təmsilçisinin 0:1 hesablı qələbəsi ilə yekunlaşsada, hər iki oyunun nəticələrinə əsasən yarımfinala "Çelsi" yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti